“Qarabağ” - “Bazel” matçının statistikası

Konfrans Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Bazel" oyunu ilə bağlı maraqlı statistik məqamlar açıqlanıb. Newsport.az  xəbər verir ki, UEFA-nın rəsmi saytı tərəflərin görüşü ərəfəsində hər iki klubla bağlı statistik göstəriciləri, İsveçrə və Azərbaycan təmsilçilərinin beynəlxalq arenadakı duellərini, "Qarabağ" və "Bazel"in rekordlarını təqdim edib.

Həmin məqamları diqqətinizə çatdırırıq: 

Qarabağ 

Avrokubokda son 10 illik göstəricisi
2020/21: UEFA Avropa Liqasının qrup mərhələsi 
2019/20: UEFA Avropa Liqasının qrup mərhələsi 
2018/19: UEFA Avropa Liqasının qrup mərhələsi 
2017/18: UEFA Çempionlar Liqasının qrup mərhələsi
2016/17: UEFA Avropa Liqasının qrup mərhələsi 
2015/16: UEFA Avropa Liqasının qrup mərhələsi 
2014/15: UEFA Avropa Liqasının qrup mərhələsi 
2013/14: UEFA Avropa Liqasının pley-off mərhələsi
2012/13: UEFA yarışmasında iştirak etməyib
2011/12: UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi

Rekordlar (UEFA klub turnirlərində)
• Evdəki ən böyük qələbə
5-0: Qarabağ - Samtredia
11/07/17, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu
• Ən böyük səfər qələbəsi
0-4: Banqa - Qarabağ
30/06/11, UEFA Avropa Liqası birinci təsnifat mərhələsinin ilk oyunu
• Evdəki ən ağır məğlubiyyət
1-6: Qarabağ - Sportinq
29/11/18, UEFA Avropa Liqasının qrup mərhələsi
• Ən ağır səfər məğlubiyyəti
6-0: üç dəfə, son olaraq "Çelsi" ilə
12/09/17, UEFA Çempionlar Liqasının qrup mərhələsi

"Qarabağ" - rəqib ölkənin klublarına qarşı 

UEFA Avropa Liqası
27/08/2015 pley-off Qarabağ - Yanq Boys 3-0
Qollar: Riçard Almeyda, 4-p. Reynaldo, 43. Əfran İsmayılov, 61
20/08/2015 pley-off Yanq Boys - Qarabağ 0-1
Qol: Riçard Almeyda, 67

Bazel

Avrokubokda son 10 illik göstəricisi
2020/21: UEFA Avropa Liqasının pley-off mərhələsi
2019/20: UEFA Avropa Liqasının 1/4 final mərhələsi 
2018/19: UEFA Avropa Liqasının pley-off mərhələsi 
2017/18: UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi
2016/17: UEFA Çempionlar Liqasının qrup mərhələsi
2015/16: UEFA Avropa Liqasının 1/8 final mərhələsi 
2014/15: UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi
2013/14: UEFA Avropa Liqasının 1/4 final mərhələsi 
2012/13: UEFA Avropa Liqasının 1/2 final mərhələsi
2011/12: UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

Rekordlar (UEFA klub turnirlərində)
• Evdəki ən böyük qələbə

7-0: Bazel - Folqore
24/08/00, UEFA Kubokunun seçmə mərhələsinin cavab oyunu
• Ən böyük səfər qələbəsi
0-5: Reykyavik - Bazel
18/09/73, UEFA Çempionlar Kubokunda ilk turun ilk oyunu
• Evdəki ən ağır məğlubiyyət
0-5: Bazel - Barselona
22/10/08, UEFA Çempionlar Liqasının qrup mərhələsi
• Ən ağır səfər məğlubiyyəti
7-0: Bayern Münhen - Bazel
13/03/12, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu

Əvvəlki görüşlər
• Bu iki komanda arasında heç bir avrokubok oyunu keçirilməyib

"Bazel" - rəqib ölkənin klublara qarşı 
UEFA Avropa Liqası
27/08/2009 pley-off Bazel - Bakı 5-1
Qollar: Almerares, 32. Gelabert, 36. A.Fray, 63. Şakiri 74. Mustafi, 84 - Felipe, 33
20/08/2009 pley-off Bakı - Bazel 1-3
Qollar: Peres, 49 - Streller, 71; 74. Huggel, 77.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah