Ayxan Abbasov: "Müdafiədən oynamağa məcbur idik"

"Çətin oyun gözləyirdik. Hələ rəqibi analiz edəndə keyfiyyətli komandaya qarşı oynayacağımızı bilirdik".

 

Newsport.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiyada "Çukariçki" ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

 

40 yaşlı mütəxəssis gənc kollektiv olduqlarını bildirib: "Bu səbəbdən öz oyunumuzu tapmaq bir az vaxt aldı. Səfərdə heç-heçəyə nail olduq. İnanıram ki, azrkeşlərimiz önündə yaxşı nəticə əldə edəcəyik. Rəqib meydanında müdafiədən oynamağa məcbur idik. Evdəki oyuna tamam fərqli yanaşma olacaq".

 

Komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right