"Sumqayıt" Belqradda

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə "Çukariçki" (Serbiya) ilə ilk matçını səfərdə keçirəcək "Sumqayıt" artıq Belqrada çatıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Gənclik şəhəri" təmsilçisi artıq qalacağı oteldə məskunlaşıb.

Qeyd edək ki, iyulun 21-də keçiriləcək "Çukarçiki" - "Sumqayıt" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 29-u Sumqayıtda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right