"Azərbaycanda futbol daha inkişaf etmiş və peşəkardır"

“Allaha şükür, komandanın şəraiti yaxşıdır və Premyer Liqada üçüncü yerdəyik. Cəmi 4 oyun qalıb. Mövqeyimizi qoruyub saxlasaq, Konfrans Liqasına düşəcəyik”.

Newsport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın iranlı futbolçusu Höccət Haqverdi ölkəsinin mətbuatına müsahibəsində deyib.

Azərbaycan kubokunda “Qarabağ”ı keçərək finala yüksəldiklərini xatırladan 28 yaşlı müdafiəçi gələcək karyerası ilə bağlı hələlik qərar vermədiyini bildirib: “Bu barədə qərar verməmişəm. Bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. İranda məqsədim daha yaxşı liqaya getmək idi. Bu yöndə addım-addım irəliləyirəm. İndiyə qədər hər şey qaydasındadır. Növbəti mövsüm üçün isə ən düzgün qərarı verəcəyəm. Bu ay İran və başqa ölkədən təkliflərim oldu. Təbii ki, “Perspolis”in təklifi digərlərindən fərqli olardı. Bu klubu çox bəyənirəm, amma hələ təklif almamışam".

H.Haqverdi İran və Azərbaycan futbolunu da müqayisə edib. O, ölkəmizdə futbolun daha inkişaf etdiyini deyib: “İran futbolunda fiziki gücə çox üstünlük verilir. Bu da orada ot örtüyünün yaxşı vəziyyətdə olmaması ilə əlaqədardır. Ancaq burada futbol daha taktiki və nizamlıdır. Komandalar yerlə oynamağa üstünlük verir. Azərbaycan çempionatında daha səviyyəli legionerlər var. Ümumiyyətlə, bu ölkədə futbol daha inkişaf etmiş və peşəkardır”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah