Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək

Noyabrın 30-da kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci ölkə çempionatı və Bakı birinciliyi start götürəcək.

Newsport.az məlumatına görə, iki gün davam edəcək yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunacaq.

Turnirdə “Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi və Balakəni təmsil edən 60 idmançı qüvvəsini sınayacaq.

Kişi gimnastlar kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011- ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə ustalıqlarını nümayiş etdirəcəklər.

Qadın gimnastlar isə uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

Qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də kişilər və qadınlar arasında ayrı-ayrı alətlər (kişilər - sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar, turnik; qadınlar - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right