Azərbaycan birinciliyinin ilk qalibləri bəlli oldu

20 və 23 yaşadək gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib.

Newsport.az-ın məlumatına görə, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında baş tutan turnirdə ilk olaraq qızlar kürpücük üzərinə çıxıb.

20 yaşadək idmançıların mübarizəsində Samirə Rzayev (45 kq), Selcan Qarayeva (49 kq), Gülcahan Əliyeva (55 kq), Fazilə İmanova (59 kq), Fidan Mirzəzadə (71 kq), Rahilə Hüseynzadə (76 kq), 23 yaşa qədər qızlar arasında isə 55 kq çəki dərəcəsində Dinara İbrahimli birinci olub.

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırmanın inkişaf səviyyəsinin, perspektivli idmançıların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı atletlərin yığma komandalara seçilməsi, 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyinə idmançıların müəyyən olunmasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right