“Qarabağ”ın rəqibindən növbəti qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Maynts”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda “Frayburq” 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 17-yə yüksəldən “Frayburq” turnir cədvəlində “Union Berlin”lə şərikli lider olub.

“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında Bakıdakı matç noyabrın 3-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right