"Yuventus" "Mançester Yunayted"in müdafiəçisi ilə maraqlanır

“Yuventus” “Mançester Yunayted”in futbolçusu Dioqo Dalotla maraqlanır.

Newsport.az-ın məlumatına görə, “qoca sinyora” portuqaliyalı müdafiəçisini qışda transfer etmək niyyətindədi.

Dalotun “qırmızı şeytanlar”la müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Turin klubu futbolçunun agenti ilə danışıqlara başlayıb.

Portuqaliya milli komandasının üzvü “Porto” yetirməsidi. O, “Porto” və “Milan”da da çıxış edib. 2018-ci ildən “Mançester Yunayted” üzvü olan Dalotun özünün də “Yuventus”a keçmək istəyi olduğu bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right