"Qarabağ"ın rəqibi isveçrəli futbolçu transferi etdi

Avropa Liqasının G qrupunda “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” növbəti transferi həyata keçirib.

Newsport.az-ın məlumatına görə, Pirey təmsilçisi Paytam Kasaminin keçidini həll edib. “Qarabağ”ın rəqibi isveçrəli futbolçu ilə bir illik müqavilə imzalayıb. 

İsveçrə millisində oynamış 30 yaşlı futbolçu karyerası ərzində "Bellinzona", "Palermo", "Fulhem", "Lutsern", "Nottingem Forest", "Sion", "Bazel"də çıxış edib. O, 2014-2017-ci illərdə "Olimpiakos"da oynayıb.

Xatırladaq ki, Azərbaycan çempionu 3 və 4-cü turlar “Olimpiakos”la qarşılaşacaq.

unanıstandakı görüş oktyabrın 6-da, Bakıdakı matç isə oktyabrın 13-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right