Messi Ronaldonun rekordunu təkrarladı

Argentina millisini kapitanı Lionel Messi ardıcıl 16-cı dəfə bir təqvim ilində 20 qol həddinə çatıb.

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, o, Yamaykaya 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə dubl etməklə buna nail olub.

Bununla da Messi bu il ümumi qol sayını 21-ə çatdırıb.

PSJ-nin hücumçusu 2007-ci ildən bəri ardıcıl olaraq hər il minimum 20 qol vurmağı bacarıb. O, bu göstəricidə portuqaliyalı Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Ronaldo 2022-ci ildə hələlik 13 dəfə fərqlənib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right