İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı qolkiper buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda müvəffəq olub.

61-ci dəqiqədə penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.

Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə icazə verməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right