Luis Enrike DÇ-2022-də favoritlərini açıqladı

İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-də favoritlərini açıqlayıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis Argentina, Braziliya, İngiltərə və Fransa yığmalarının adlarını çəkib:

“Argentina və Braziliya öz tarixlərinə görə həmişə favorit olacaqlar. Avropada kimsə İngiltərə və ya Fransanın favorit olmayacağını söyləməyə cəsarət edə bilərmi? Əgər favoritlərə ehtiyacınız varsa, FİFA siyahısına və son aylarda ən çox xal toplayanlara baxın”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Turnirdə 32 komanda iştirak edəcək. İspaniya E qrupunda Kosta Rika, Almaniya və Yaponiya ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right