DÇ-2022-də Braziliya millisinin lideri kim olacaq? Kakanın proqnozu

Braziliyalı sabiq futbolçu Kaka 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının potensial lideri haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Kaka, Braziliya millisinin liderinin PSJ-də forma geyinən Neymar olacağını deyib:

“Neymar Qətərdə keçiriləcək dünya çempionatında Braziliya millisinin lideri olacaq. Lakin onun yanında Vinisius kimi oyunçuların olması çox vacibdir. Neymar 2018-ci ildəki dünya çempionatında əsas personaj idi. Amma indi Vinisius, Rafinya, Riçarlison, Antonio kimi futbolçular da var. Onlar artıq gənc oyunçular deyil, böyüyüblər”.

Bu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsində Braziliya yığması Serbiya, İsveçrə və Kamerunla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right