“Neftçi”nin baş məşqçisi millini çalışdıracaq namizədlər siyahısında

“Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.

Millinin hazırkı baş məşqçisi Edvard Yordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq. Regekampfdan başqa, George Haci, Viktor Pitsurka, Kosmin Olariu və Dan Petresku namizədlər siyahısındadır.

Mövsümün əvvəlində “Neftçi”yə keçən Regekampfın müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right