Bu gün Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, mərhələyə A, B və C Liqalarında oynanılacaq 9 matçla yekun vurulacaq. Nəticəd final və pley-off mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.
A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə qarşılaşacaq. Hər iki komanda 1-ci yer uğrunda mübarizə aparacaq. İsveçrə Çexiya ilə üz-üzə gələcək. Bu komandalar isə aşağı diviziona düşməmək uğrunda mübarizə aparacaqlar.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi A Liqasına və pley-offa adlamaq üçün Polşada Şotlandiyanı məğlub etməlidir.
Millətlər Liqası, qrup mərhələsi, 6-cı tur
27 sentyabr
A Liqası
2-ci qrup
22:45. Portuqaliya - İspaniya
22:45. İsveçrə - Çexiya
Xallar: Portuqaliya - 10, İspaniya - 8, İsveçrə - 6, Çexiya - 4
B Liqası
22:45. Ukrayna - Şotlandiya
22:45. İrlandiya - Ermənistan
Xallar: Şotlandiya - 12, Ukrayna - 10, İrlandiya - 4, Ermənistan - 3
2-ci qrup
22:45. Albaniya - İslandiya
Xallar: İsrail - 8, İslandiya - 3, Albaniya - 1, Rusiya* - 0
4-cü qrup
22:45. İsveç - Sloveniya
22:45. Norveç - Serbiya
Xallar: Norveç - 10, Serbiya - 10, Sloveniya - 5, İsveç - 3
C Liqası
2-ci qrup
22:45. Yunanıstan - Şimali İrlandiya
22:45. Kosovo - Kipr
Xallar: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 5, Kipr - 5.