"Real" Mbppeni transfer etməyəcək

"Real" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək məsələsinə qayıtmayacaq.

Newsport.az İspaniya mətbuatına istinadən xəbəe verir ki, Madrid klubu 23 yaşlı fransalı futbolçunun ötən yay transferdən imtina etməsini xəyanət hesab etdiyi üçün bu addımı atacaq.

Bildirilib ki, Madrid təmsilçisi  hücumçunun PSJ ilə illik 96 milyon avroluq rekord maaş və 100 milyon avro imza bonusu üçün "Real"ın adından istifadə etdiyini düşünür. Klub bu iki əsas səbəbə görə Mbappeni transfer etməyəcək.

Bundan başqa, "Real"ın prezidenti Florentino Peres Mbappedən inciyib. Fransalı futbolçunun ötən yay transferdən imtina etdikdən sona  "Real" azarkeşlərinin oyunçunu qəbul etməyəcəyini düşünütr

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 9 matçda 10 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilin yayına qədərdir.
 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah