"Haland kimi oynamasam, mənə güləcəklərini bilirdim"

"Mançester Siti"nin fubolçusu Cek Qriliş ünvanına səsləndirilən tənqidlər barədə danışıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi deyib:

“Əgər atam və ya anam məni tənqid etsəydi, mən daha diqqətlə qulaq asardım. Amma bəzən bəziləri bunu sadəcə yazır, "Tvitter" və ya "İnstaqram"da məni ələ salırlar. Belə hallar məni qətiyyən narahat etmir. Düşünürəm ki, bu, milli komandada və İngiltərənin TOP klubunda oynadığınız zaman məsələnin bir hissəsi olur. Düşünmürəm ki, bununla təkcə mən rastlaşıram, belə hallar çoxdur. Sadəcə, bu cür şeylərə öyrəşməliyik. Təbii ki, öyrəşməyim bir müddət çəkdi.

"Mançester Siti" ilə müqavilə imzalayanda mənim üçün 100 milyon avro təzminat ödənilmişdi. Mən bilirdim ki, Erlinq Haaland kimi oynamasam, mənə güləcəklər. Təbii ki, burada oturub deməyəcəyəm ki, mənə heç nə təsir etmir, çünki bəzən pis hiss edirəm. Mənim 27 yaşım var və bununla məşğul olmağı öyrənməliyəm”.

Qeyd edək ki, C.Qriliş 2021-ci ildən "Mançester Siti"də oynayır.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah