"Barselona"nın mənimlə müqavilə imzalamaq istəyib-istəmədiyini bilmirəm"

"Real"ın yarımmüdafiəçisi Marko Asensionun "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Kataloniya klubuna keçib-keçməyəcəyi ilə haqda danışıb:

"Düzünü desəm, "Barselona"nın mənimlə müqavilə imzalamaq istəyib-istəmədiyini blmirəm. Bu səviyyədə olan bir neçə klub mənimlə təmasa keçib. Həmin variantları düşünmədim, ona görə də təklifləri geri çevirdim. Haqqımda çox söz-söhbət var. Bu, normaldı. Yeddi aydan sonra digər klubla müqavilə imzalaya bilərəm. Bir müddət sonra təkliflər daha konkret olacaq".

26 yaşlı futbolçu “Malyorka” yetirməsidi və o, 2014-cü ildə “Real”a keçib. 2015-2016-cı illərdə isə Asensio “Espanyol”da icarə əsasında çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah