İtaliya millisinin sabiq üzvü klubsuz qaldı

Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Andrea Ranokkya “Montsa”dan ayrılıb. Newsport.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
 
34 yaşlı futbolçunun klubla müqaviləsini ləğv etdiyi diqqətə çatdırılıb. Ayrılığa təcrübəli müdafiəçinin avqustun 21-də A Seriyasının 2-ci turunun “Napoli” ilə səfər oyununda aldığı ağır zədə səbəb olub. Ranokkyanın sağ ayağından aldığı bu zədənin tam sağalması üçün azı 3 ay lazım olduğu bildirilir. Lakin zədədən sonra oyunçunun əvvəlki formasını bərpa etməsi üçün də çox vaxt lazım olacağı üçün, tərəflər yollarını ayırmağa qərar veriblər.
 
Ranokkya bu ilin iyul ayında Milan “İnter”indən azad agent kimi ayrılaraq “Montsa” ilə 2 illik müqavilə bağlamışdı. O, İtaliya yığmasında 21 oyun keçirib.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah