“Olimpiakos”un yeni baş məşqçisi futbolçu çoxluğundan şikayətləndi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bir neçə futbolçusunu əsas komandadan kənarlaşdıracaq. Newsport.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales mətbuat konfransında bildirib.
 
59 yaşlı mütəxəssis çox oyunçuya sahib olmağın komandaya mənfi təsir etdiyini söyləyib: "Bu qədər futbolçu baş məşqçi, komanda və oyunçular üçün problemdir. Klub prezidentindən xahiş etmişəm. Qapıçılar istisna 24-dən çox futbolçunun məşqlərdə olmasını istəmirəm".
 
Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. Yunanıstan çempionu qrup matçları üçün 31 oyunçu sifariş edib.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah