Super Liqa klubundan növbəti transfer

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi Kader Keytanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Keyta Fransanın “Ayaçço” klubunun yetirməsidir. O, bu klubla yanaşı, “Lill”in də B komandasında forma geyinib. 2019-cu ildə isə yarımmüdafiəçi Belçikanın “Vesterlo” klubuna transfer olunub. 2021-ci ildə “Syon”da icarədə də oynamış futbolçu, peşəkar karyerası ərzində 95 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Keyta ölkəsinin gənclərdən ibarət yığmasına da dəvət alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right