Futbolçu rəqib qapıçı ilə toqquşmadan sonra huşunu itirdi

"Zimbru" klubunun futboluçusu Donni van İperen "Dinamo-Avto" ilə Moldova Superliqasının II tur oyununda ciddi zədə alıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal meydana qaçıblar.

Xəstəxanaya yerləşdirilən oyunçu hələlik özünə gəlməsə də, həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right