Qvardiola: "Mançester Siti" istəsə, müqaviləni uzadacağam"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubunda qalmaq istəyir.

Newsport.az "Manchester Evening News"a istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb. O, Premyer Liqa təmsilçisinin istəyəcəyi təqdirdə müqaviləni uzadacağını deyib:

"Həyatımda heç nəyi dəyişməyə ehtiyacım yoxdur, mən xoşbəxtəm. Klubla danışdıq. Mövsümün ortasında və ya sonunda yenə danışacağıq. “Mançester Siti” istəsə, müqaviləni uzadacağam. Bəzən hadisələri məcbur etmək yaxşı deyil, istirahət etmək lazımdır. Hər şey təbii olacaq. Mövsümün necə keçdiyini, özümüzü necə hiss etdiyimizi və klub üçün nəyin ən yaxşı olduğunu görəcəyik".

Qeyd edək ki, 2016-cı ildən bu komandanı çalışdıran Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Bildirilib ki, klub məşqçiyə sözləşməni 2025-ci ilə qədər uzatmağı təklif edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right