“Arsenal”ın futbolçusu “Reyms”də

İngiltərənin “Arsenal” klubunun hücumçusu Folarin Baloqun London təmsilçisindən ayrılıb.

Newsport.az xəbər verir ki, gənc futbolçu bundan sonra karyerasını Fransanın “Reyms” komandasında davam etdirəcək.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransa klubu ingilis hücumçunu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüb.

Folarin Baloqun “topçular”ın yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında oynamağa başlayıb və meydana çıxdığı 10 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc hücumçu bu ilin əvvəlində “Midlsbro”ya da icarəyə verilmişdi. O, Çempionşip təmsilçisində 20 oyuna 3 qol vurub. Hücumçu İngiltərənin U-21 yığmasının da əsas üzvlərindən biridir.

“Arsenal” 18 yaşlı yarımmüdafiəçisi Çarli Patinonu da “Blekpul”a icarəyə verib. İngiltərənin U-19 yığmasının üzvü də qarşıdakı mövsümün sonuna kimi Çempionşip təmsilçisində forma geyinəcək. O, 2021-ci ildən cəlb olunmağa başladığı “Arsenal”ın əsas komandasında 2 oyuna çıxıb, 1 qol vurub.

Yeri gəlmişkən, “Reyms” Baloqunla yanaşı, Yaponiya yığmasının sağ cinah müdafiəçisi Junya İtonu da heyətinə qatıb. Belçikanın “Genk” klubundan transfer olunmuş 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Həm də vinger kimi oynamağı bacaran yapon müdafiəçi, 2019-cu ildən “Genk”də çıxış edirdi. O, bu komandada 143 oyuna 29 qol vurub. Yaponiya yığmasında 36 oyun keçirmiş İto, 9 qol da vurub.

Baloqun “Arsenal”da 29, İto isə 39 nömrəli formanı geyinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right