"Barselona" onlara xəbərdarlıq etdi

“Barselona” qısa müddət ərzində artıq maaş yükündən qurtulmaq niyyətindədir.

Newsport.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Xavi hazırda 33 oyunçu ilə işləyir, La Liqa matçlarına isə cəmi 25 oyunçu qeydiyyatdan keçə bilər. " Barselona " "Çelsi"dən Sezar Aspilikueta və Markos Alonsonu transfer etsə, klub daha da kəskin sıxlıq problemi ilə üzləşəcək.

May ayında Xavi etibar etmədiyi oyunçuların siyahısını açıqlayıb. Onlardan yalnız “Tottenhem”ə icarəyə verilən Kleman Lanqle, “Los Anceles Qalaksi”yə keçməyə yaxın olan Riki Puiç və “Selta”ya transfer olunan Oskar Minqesa “Barselona”dan ayrılmağa razılıq verib. Digər klublar oyunçuların Kataloniya təmsilçisində aldıqları maaşı qarşılamağa hazır olmadığından, qalan oyunçular "Barselona"da qalmaq qərarına gəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right