“Şamaxı” yeni mövsümdə legionersiz oynayacaq

“Şamaxı” Azərbaycan Premyer Liqasında əcnəbi futbolçular olmadan çıxış edəcək. Newsport.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqanın yeni mövsümü üçün 25 futbolçunu sifariş edib.
 
Bunlardan 3-ü qapıçı, hərəyə 9-u müdafiəçi və yarımmüdafiəçi, 4-ü hücumçudur.
 
Qapıçılar: Rəşad Əzizli, Əkbər Vəliyev, Sahib Həsənov;
 
Müdafiəçilər: İbrahim Aslanlı, Arsen Ağcabəyov, Rəhman Daşdəmirov, Fuad Bayramov, Elçin Mustafayev, Cavid Heydərov, Abdulla Rzayev, Rauf Hüseynli, Mirəli Əhmədov;
 
Yarımmüdafiəçilər: Samir Qurbanov, Nihad Quliyev, Elvin Məmmədov, Kamal Mirzəyev, Pərviz Azadov, Bəhruz Teymurov, Qurban Səfərov, Asim Əlizadə, Elçin Rəhimli;
 
Hücumçular: Amil Yunanov, Kamran Quliyev, Bahadur Həziyev, Uğur Cahangirov.
 
“Şamaxı” yeni mövsümün ilk turunda “Neftçi”ni qəbul edəcək. Avqustun 7-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right