Braziliya klubu Kriştianu Ronaldunu transfer etmək istəyir

Braziliyanın "Korintians" klubu İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Duilio Monteyro məlumat verib.

"Bəli, mən onun yanımızda olmasını istərdim. Özümü "Korintians" üçün daha yaxşı ola biləcək hər şeyi sınamağa borclu hesab edirəm. Bilmirəm, alınacamı? Biz bu istiqamətdə heç bir addım atmamışıq. Amma ayıq-sayıqıq. Birdən Ronaldu Braziliyada oynamaq istəyər”, - Monteyro bildirib.

Ronaldu 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. Futbolçu 2021/22 mövsümündə "qırmızı şeytanlar"ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right