"Barselona"nın qarşıdakı mövsümdə nə qədər qazanacağı məlum olub

İspaniyanın "Barselona" futbol klubu 2022/2023 mövsümünün sonunda 1,3 milyard avro qazanmağa hazırlaşır.

Newsport.az "Diario Sport"a istinadən xəbər verir ki, bu proqnozla Kataloniya klubunun Direktorlar Şurası çıxış edib. Barselona televiziya hüquqlarının 15 faizinin “Sixth Street”ə transferindən 400 milyon avro alacaq. “Barca Studios”un 24,5 faizinin “Socios.com”a satılması 100 milyon avro gəlir gətirəcək.

Xatırladaq ki, "Barselona"nın bu transfer pəncərəsində əsas alışı "Bavariya"dan Kataloniya klubuna keçən polşalı hücumçu Robert Levandovski olub. Kluba əlavə edilənlər arasında “Sportinq”dən Frank Kessie, Lidsdən sağ cinah müdafiəçisi Rafinya və “Celsi”dən müdafiəçi Andreas Kristiansen var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right