Avropa Liqasında yeni mövsümə start verilir

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start veriləcək.

Newsport.az-ın məlumatına görə, turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayacaq. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutacaq.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutacaq. "Fənərbağça" evdə Çexiyanın "Slovaçko" komandasını sınağa çəkəcək. Oyu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

4 avqust

20:00. AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya)

21:00. "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq)

21:00. "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya)

22:15. "Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya)

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya)

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right