"Rapid" bir futbolçusunu Azərbaycana yox, İtaliyaya göndərib

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubu mərkəz müdafiəçisi Emanuel Ayvunu Bakı səfərinə özü ilə götürməyib.

Newsport.az xəbər verir ki, 21 yaşlı Nigeriya əsilli futbolçuya İtaliyanın A Seriyasının debütantı "Kremoneze" ilə danışıqlar aparmaq və tibbi müayinədən keçmək üçün yeni klubunun düşərgəsinə getməyə icazə verilib.

Vyana klubu italyanlardan Avstriyanın U-21 millisinin üzvü üçün 4 milyon avroya yaxın transfer haqqı alacaq. Futbolçunun ötən mövsüm "Admira"dan bu kluba 600-750 min avroya transfer olunduğunu nəzərə alsaq, bu, "Rapid" üçün gözəl sövdələşmə sayılır. "Rapid"in xorvat əsilli idman direktoru Zoran Barişiç bu haqda belə deyib: "Transfer baş tutsa, biz çox razı qalarıq".

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right