Super Liqa klubunda iki yeni oyunçu, bir ayrılıq

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan Alassane Ndaonu, “Başakşəhər”dən isə Cemali Serteli heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki oyunçu 1 illik icarəyə götürülüb.

Alassane Ndao ötən mövsümün ikinci dövrəsində də icarə əsasında məhz Antalya təmsilçisinin uğurları üçün çalışıb. Bu ilin əvvəlində sözügedən kluba keçən seneqallı vinger meydana çıxdığı 15 oyunda 3 qol vurub. Seneqal yığmasında 3 oyuna 1 qol vurmuş 25 yaşlı futbolçu, 2020/21 mövsümündə Türkiyədə “Fatih Karagümrük” klubunun da formasını geyinib.

Cemali Sertel peşəkar karyerasına “Əskişəhərspor”da başlayıb. 22 yaşlı sol cinah müdafiəçisi 2019-cu ildən “Başakşəhər”də çıxış edirdi. Lakin o, bu müddətdə bir mövsüm icarə əsasında yenidən “Əskişəhərspor”da çıxış edib, ötən mövsümü isə “Rizəspor”da keçirib. Sertel Türkiyənin U-19 və U-21 yığmalarında da oynayıb.

“Antalyaspor” braziliyalı mərkəz müdafiəçisi Naldo ilə də yollarını ayırıb. 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubuna transfer olunub. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Naldo 2020-ci ilin yayından Türkiyə klubunun uğurları üçün çalışırdı. Təcrübəli müdafiəçi daha öncə “Espanyol”, “Krasnodar”, “Sportinq”, “Xetafe”, “Udineze”, “Bolonya”, “Qranada”, “Qremio”, “Kruzeyro”, “Ponte Preta”, “Unian San Xoan” kimi klubların da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right