"Bir daha afrikalı futbolçu almayacağam"

"Napoli"nin prezidenti Aurelio de Laurentis maraqlı açıqlama verib.

Newsport.az xəbər verir ki, klub rəhbəri "La Gazzetta dello Sport"a müsahibəsində Afrikadan futbolçu almayacağını bildirib. O, bu futbolçuların mövsümün ortasında Afrika Millətlər Liqasının oyununa görə komandanı tərk etməsindən narazıdır:

"Ya afrikalılar Afrika Millətlər Kubokunda oynamağı dayandırmalıdırlar, ya da komandadan kənarlaşdırılacaqlar. Bu turnirə görə mən bir daha afrikalı futbolçu almayacağam, bir nəfərdə də olsun. Biz onlara maaş veririk, sonra isə mövsümün ortasında o futbolçuları milli komandalarda oynamağa göndəririk”.

Xatırladaq ki, sonuncu Afrika Millətlər Kuboku mövsümünün ən qızğın vaxtında - 2022-ci ilin yanvar-fevral aylarında keçirilib. Turnirin ən yaxşı komandalarının əksər üzvləri Avropapanın yerli çempionatlarında çıxış edən oyunçular olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right