Daha 4 ölkə DÇ-2030 üçün namizədliyini irəli sürdü

Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.

Newsport.az xəbər verir ki, bu barədə KONMEBOL-un (Cənubi Amerika Futbol Konfederasiyası) rəsmi saytı məlumat yayıb.

Bu ölkələr dünya çempionatının təşkilinin 100 ili münasibətilə mundiala ev sahibliyi etmək istəyirlər.

Qeyd edək ki, 1930-cu ildə Uruqvayda keçirilmiş dünya çempionatının finalında təşkilatçı ölkə Argentina ilə üz-üzə gəlib və 4:2 hesablı qələbə qazanaraq ilk dünya çempionu olub..

Xatırladaq ki, daha əvvəl İspaniya və Portuqaliya da DÇ-2030-a namizədliyini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right