"Qalatasaray"dan ayrılan futbolçu İstanbulun digər klubuna keçdi

"Qalatasaray"la yollarını ayıran Aytaç Karanın yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi İstanbulun digər təmsilçisi "Kasımpaşa"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Aytaç Kara "Qalatasaray"a 2021-ci ilin yayında məhz "Kasımpaşa"dan ayrıldıqdan sonra azad agent statusu ilə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right