Belçika millisinin üzvü "Milan"da

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, A Seriyası təmsilçisi "Brügge"dən Çarles De Ketelaerenin transferini yekunlaşdırmaq üzrədir.

21 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün Milan şəhərinə gedib. Tibbi müayinədən sonra belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Çarles De Ketelaere "Brügge"nin yetirməsidir. Belçika millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 49 matçda 18 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right