Portuqaliyalı vinger daha 5 il "Liverpul"da

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisi Dieqo Jota ilə sözləşmənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin üzvü ilə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Dieqo Jota "Liverpul"a 2020-ci ilin yayında "Vulverhempton"dan transfer olunub. 25 yaşlı vinger son mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 55 matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right