"Mançester Yunayted"ə keçmək istəmir

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq "Mançester Yunayted"ə keçmək istəmir .

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 25 yaşlı oyunçu Mançesterdə yaşamaq və bu mövsüm Çempionlar Liqasında iştirak etməyəcək komandada oynamaq istəmir. Qeyd olunur ki, yarımmüdafiəçi Kataloniya klubundan ayrılmaq fikrində deyil. Lakin onun fikrinə Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmağa hazır olan klubdan gələn təklif təsir edə bilər.

Bildirilib ki, de Yonq klubdan ayrılmaqdan qəti şəkildə imtina edərsə, kataloniyalılar onun maaşını azaldacaqlar.

Qeyd edək ki, de Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right