Macarıstan çempionu "Qarabağ" üçün Bakıya yola düşüb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstanın "Ferentsvaroş" komandası Bakıya yola düşüb.

Newsport.az xəbər verir ki, Budapeşt komandası bugünkü səhər yeməyindən sonra Bakıya səfərə çıxıb.

Komanda saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycandakı ilk məşqinə çıxacaq. Saat 19:15-də isə "Ferentsvaroş"un rusiyalı baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" – "Ferentsvaroş" qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right