“ÇL-in oyunu bizi fiziki və psixoloji baxımdan yorub” Çerçesov

“Biz bilirdik ki, bu, ağır oyun olacaq. Çünki “Akademiya Puşkaş” çempionatda bizim ciddi rəqiblərimizdəndir”.

Newsport.az xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov dünən Macarıstan çempionatının ilk turunda “Akademiya Puşkaş” üzərindəki qələbədən (1:0) sonra bildirib. Yeganə qol 90+4-cü dəqiqəqə vurulub.

Avqustun 3-də Budapeşt klubu Bakıda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşündə “Qarabağ”la qarşılaşacaq.

Çerçesovun sözlərinə görə, ÇL-in təsnifat mərhələlərinin görüşləri komandaya təsirsiz ötüşməyib: “Bratislavadakı cavab görüşü (“Slovanla”la oyun nəzərdə tutulur – red.) komandanın təkcə fiziki yox, emosional baxımdan da yorub. Məhz buna görə biz “Akademiya Puşkaş”la görüşə yeni taktika və start heyəti ilə çıxdıq. Yeni mövsümə qələbə ilə başladığımıza görə şadam”.

Rusiyalı mütəxəssis bildirib ki, bu görüşü təhlil edəcəklər: “Bu gün seçdiyimiz struktur pis işləmədi. Düzdür, müdafiə və hücumda elə məqamlar oldu ki, bu, mənim xoşuma gəlmədi. Amma əsas odur ki, qələbə qazandıq. Rəqibimiz də oyunun gedişatında taktiki dəyişikliklər etdi, biz də buna uyğunlaşmalı olduq”.

Çerçesova dünənki görüşdə qələbə qolunun müəllifi, son vaxtlar yüksək formada olan Kristoffer Zakariassenlə bağlı da sual ünvanlanıb. O, Norveç millisinin 27 yaşlı yarımmüdafiəçisi haqda deyib: “Biz daim futbolçularımızın oyunlarını məşqçi qərarhagında müzakirə və koordinasiya edirik. Görürəm ki, bu, futbolçuya müsbət təsir edib. O, daim inkişafdadır. Mən Kristofferin oyunundan razıyam və o, daha güclü çıxış etmək üçün addım-addım irəliləyir”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right