Krivotsyuksuz ardıcıl 3-cü qələbə

Futbol üzrə Polşa çempionatında 3-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Poznan “Lex”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Visla” 3 turdan sonra 9 xalla 18 iştirakçı arasında liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right