Legioner həyatı yaşayan azərbaycanlı Premyer Liqamızda oynaya bilər

U-20 yığmamızın üzvü, "Levadiya"nın yarımmüdafiəçisi Murad Vəliyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində maraqlı olan klublarımız var.

Mənbənin iddiasına görə, Murad "Neftçi"nin transfer siyahısındadı. 

"Ağ-qaralar" onu bu yay heyətinə qatmaq istəyib. Bu, baş vermədiyinə görə klub Estoniya çempionatının sonunu gözləmək qərarına gəlib. 

​Hazırda Estoniya çempionatında 21-ci tur keçirilir. Bu ölkədə çempionat noyabrda başa çatacaq. Muradın məhz qışda "transfer pəncərəsi" zamanı Azərbaycana gələcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right