“Arsenal”ın futbolçusu Fransa klubunda

Marsel “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi İngiltərənin “Arsenal” klubunun sol cinah müdafiəçisi Nuno Tavaresi heyətinə qatıb.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 22 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna qədər icarəyə götürülüb.

Nuno Tavares Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. O, 2021-ci ilin iyulundan “Arsenal”da çıxış edirdi. Müdafiəçi geridə qalan mövsümdə London klubunun heyətində 28 oyuna çıxıb, 1 qol vurub.

“Olimpik” öz hücumçusu Luis Enrikeni də Braziliyanın “Botafoqo” klubuna icarəyə verib. Klub 20 yaşlı braziliyalı hücumçunun 2023-cü ilin 30 iyununa qədər ölkəsində çıxış edəcəyini açıqlayıb.

Luis Enrike “Olimpik”ə 2020-ci ildə məhz “Botafoqo”dan transfer olunub. O, geridə qalan iki mövsüm ərzində Marsel təmsilçisində 49 oyuna çıxıb, 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right