“Barselona”nın prezidentindən keçmiş futbolçuya cavab

“Barselona”nın prezidenti Xuan Laporta “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevilin Kataloniya klubunun maaşından 50 faizlik ixtisar tələb etdiyi yarımmüdafiəçi Frenki de Yonqla bağlı fikirlərinə münasibət bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı ingilis daha əvvəl bu sözləri demişdi:

“Klubların futbolçuları ələ salması və onlara layiq olduqları pulu verməməsi məni dəli edir. “Barselona” öz böyük adına ləkə gətirir”.

Laporta Nevilin bu fikirlərinə hörmət etdiyini deyib: 

“Mən Nevilin fikrinə hörmət edirəm, o, çox yaxşı oyunçu idi. Amma mənim fikrimcə, Qari yanılır, biz bütün oyunçularımıza hörmət edirik. Biz yeni oyunçulara sərmayə qoyuruqsa, bunu sadəcə klubu daha rəqabətli etmək üçün edirik. Bu, bir növ pis dairədir. Yeni oyunçulara sərmayə qoymaqla siz azarkeşləri cəlb edirsiz, bu da öz növbəsində iqtisadiyyatınızı yaxşılaşdırır.”

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right