"Fənərbaxça"nın yeni transferi zədələndi: Bir ay oynamayacaq

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.

 

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi Kiyev "Dinamo"su ilə keçirdiyi Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyununda 4 futbolçusunu itirib.

 

Ferdi Kadıoğlu, İrfan Can Kahveci, Coşua Kinq və qapıçı Altay Bayındır zədələnib. 4 futbolçunun da müalicəsinə başlanılıb.

 

Bu oyunçulardan əlavə "Fənərbaxça"nın İtaliyanın "Kalyari" klubundan transfer etdiyi Joao Pedro da zədələnib. Əzələsində yırtıq aşkarlanan 30 yaşlı hücumçu bir ay oynamayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right