"Ferentsvaroş”a Bakıda oynamaq çətin olacaq" - Aleksandr Səmədov

“Ferentsvaroş” üçün Bakıda “Qarabağ”la qarşılaşmaq asan olmayacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Sputnik Azərbaycan”a müsahibəsində Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Səmədov deyib.

Əslən azərbaycanlı futbolçu bu görüş üçün proqnoz verməyin çətin olduğunu bildirib:  “Ferentsvaroş” nizam-intizamlı, taktiki cəhətdən yaxşı hazırlanmış komandadır. Stanislav Çerçesov komandada nizam-intizamı necə qurmağı bilir. “Qarabağ” üçün də dəqiq asan olmayacaq. Amma “Qarabağ” da yaxşı komandadır. Ona görə də hər hansı proqnoz vermək çətindir”.

Səmədov "Qarabağ" və “Ferentsvaroş”un son matçlarına baxmadığını, lakin komandaların qarşıdakı görüşünü izləmək niyyətində olduğunu deyib. Keçmiş hücumçu görüş zamanı Çerçesovla Qurbanovun məşqçi kimi qarşıdurmasını izləməyin də onun üçün maraqlı olacağını bildirib.

Macarıstan klubu ilə oyunda “Qarabağ”ın futbolçuları Kadi Borqes və Riçard Almeyda cəzalı durumda olduqları üçün meydana çıxa bilməyəcəklər. Kolumbiyalı müdafiəçi Kevin Medina da zədə səbəbindən görüşü buraxacaq. Buna baxmayaraq, Səmədov Qurban Qurbanovun bu futbolçuları əvəz edəcək oyunçu tapacağına inanır: "Mən bildiyimə görə, "Qarabağ"ın yaxşı heyəti var və həmin futbolçulara layiqli əvəzləyici tapacaqlar. Təbii ki, komanda əsas oyunçusunu itirərsə, bu, işi çətinləşdirir. Amma ilk oyun Bakıda keçiriləcək. Azarkeşlər dəstək olacaqlar. Məncə, bu amilə görə “Ferentsvaroş”a Bakıda oynamaq çətin olacaq".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə 22:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right