"Traktor"a keçən Azərbaycan millisinin üzvü: "Sumqayıt"ı heç vaxt unutmaram"

Azərbaycan millisinin müdafiəçisi Höccat Haqverdinin "Sumqayıt"dan ayrılaraq "Traktor"a keçməsi barədə xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, müdafiəçi instaqram hesabında "Sumqayıt"dan ayrılması haqda yazıb. Haqverdi "kimyaçılar"a təşəkkür edib:

"Təxminən iki ildən sonra "Sumqayıt" ilə vidalaşmağın vaxtı gəldi. Bu klubda çox gözəl günlər keçirmişəm və bu komandada oynamaqdan qürur duyuram. Bütün heyətə və xüsusən də mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildirirəm. "Sumqayıt"ı heç vaxt unutmaram və hamınız üçün darıxıram. Sizi yenidən görəcəyimə ümid edirəm. Təşəkkürlər və gələcəkdə uğurlar. Böyük şəhərin tək komandası qürur mənbəyimizdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right