Emeqara "Qarabağ"ı ziyarət etdi Foto

“Qarabağ"ın isveçrəli sabiq futbolçusu İnnosent Emeqara keçmiş komandasını ziyarət edib.

Newsport.az-ın məlumatına görə, o, Çepnionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah İsveçrə "Sürix"inin qonağı olacaq Ağdam təmsilçisinin məskunlaşdığı otelə gedərək keçmiş komandası ilə görüşüb. Bununla bağlı "Qarabağ"ın İnstaqram səhifəsi paylaşım edib.

Emeqara "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb, söhbət edib.

Qeyd edək ki, İsveçrə millisinin sabiq üzvü 2014-2015 və 2018-2019-cu illərdə “Qarabağ”da çıxış edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right