Azərbaycan millisinin sabiq üzvü klubsuz qaldı

Azərbaycanın əsas və U-21 yığmasının sabiq üzvü Tuğrul Erat yenidən özünə klub axtarmalı olacaq. 

Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçu son olaraq formasını geyindiyi “Alemaniya Ahen”də qalası olmayıb.

Onun klubdan ayrılıq səbəbi məlum deyil.

Futbolçunun mövsümə hansı komandada başlayacağı da dəqiqləşməyib.

​Azərbaycanın U-21 yığmasında 6 oyuna 3 qol vurmuş Erat əsas millidə 4 matça çıxıb. O, karyerası ərzində “Fortuna”(Düsseldorf), “Duysburq”, “Straelen”, “Fatih Karagümrük”, “Bayrampaşa”, “Rot-Vays Oberhausen” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right