Pirlonun Türkiyə klubunda qeyri-adi məşqləri

Türkiyənin “Fatih Karagümrük” klubunun çalışdırıcısı Andrea Pirlo yeni komandası ilə işə başlayıb.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis futbolçuları yeni texnikaya fəal şəkildə öyrədir. O, oyunçuların məşq etməsini daha maraqlı etmək üçün hazırlıq zamanı tez-tez musiqini açır.

Türkiyə Super Liqası avqustun 7-də başlayacaq. “Fatih Karagümrük” ilk turda “Alanyaspor”la qarşılaşacaq.

Pirlo əvvəllər “Yuventus”u çalışdırıb. O, 2022-ci ilin iyunundan Türkiyə komandasının “sükanı arxasındadır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right