“Real”ı udmaq xoşumuza gəlir” Xavi

“Barselona”nın baş məşqçisi Xavi “Real”la yoxlama oyunundan sonra (1:0 açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı məşqçi dünən ABŞ-da keçirilən qarşılaşmadan sonra komandasının oyunundan razı qaldığını deyib:

“Belə oyunlarda qələbə vacib deyil, amma “Real”ı udmaq xoşumuza gəlir. Birinci hissədə çox gözəl oynadıq. İkinci hissə isə elə də yaxşı alınmadı.

Yeni mövsümə hazırlığımız davam edir. Yaxşı məşq edirik və “Real”la görüşdə “Barselona”nın ifasında yaxşı oyuna şahidlik etdik. Amma daha sabit oynamalıyıq.

Düşünürəm ki, “Barselona” “Real”dan daha yaxşı oynadı. Ona görə də, təkcə nəticədən yox, həm də oyunumuzdan razıyam”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right